Yuxarı

"Reket"liyə görə daha bir "baş redaktor" saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Reket"liyə görə daha bir "baş redaktor" saxlanıldı

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyatla bağlı daha bir "baş redaktor"un saxlanılması barədə məlumat yayılıb.

Lent.az-ın məlumatına görə, bu gün "Cəmiyyət" qəzetinin və eyni adlı saytın baş redaktoru Asəf Novruzov saxlanılaraq istintaqa cəlb edilib.

A. Novruzov "Azərbaycan" Nəşriyyatında saxlanıldığı bildirilir.

Qeyd edək ki, bu qəzet də Mətbuat Şurası tərəfindən "qara siyahı"ya daxil edilib.

Xatırladaq ki, son günlər DTX-nın keçirdiyi əməliyyat nəticəsində “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və daha bir neçə nəfər, həmçinin "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev də saxlanılıb.

Bununla bağlı açıqlamada bildirilib ki, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarda dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) araşdırılarkən Azərbaycan ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***

Saxlanılmağım barədə məlumat həqiqətə uyğun deyil. Mən hazırda evdəyəm və öz işlərimlə məşğulam.

Bu barədə "Cəmiyyət" qəzetinin və eyni adlı saytın baş redaktoru Asəf Novruzov bildirib. O əlavə edib ki, rəhbərlik etdiyi media orqanları Mətbuat Şurasında fəaliyyətini davam etdirir.

Tarix
2016.12.07 / 22:38
Müəllif
Axar.az
Digər xəbərlər

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

Həyat yoldaşımla Şuşada daha çox qalmaq üçün... - Səfir

Qardaş ölkə Ermənistana səfir göndərdi - İlk dəfə

Qarabağa səfərlərin təşkili mühüm əhəmiyyətə malikdir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla