Yuxarı

Qəzaya düşən jurnalist hələ də reanimasiyadadır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 1-də səhər saatlarında "Avropa.info" saytının əməkdaşı, jurnalist Sahib İslamovu Xocasən qəsəbəsində "Jiquli" markalı avtomobil vurub və həmkarımız ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hazırda 1 saylı Klinik Xəstəxananın reanimasiya şöbəsində yatan jurnalist Sahib İslamovun səhhəti ilə maraqlandıq.

Jurnalist həmkarımızın qayınatası Şıxəli Mirzəyev "Axar.az"a verdiyi məlumata görə, jurnalistin səhhətində az da olsa irəliləyiş var:

"Düzdür, hələ reanimasiyadan çıxmayıb, həyati təhlükəsi qalmaqdadır. Ancaq az da olsa səhhətində irəliləyiş var. Şüuru yerinə gəlib. Təmasları hiss edə bilir".

Qəza törədən Lətif Məmmədov haqqında sualımızı isə Şıxəli Mirzəyev belə cavablandırdı:

"Lətifin atası Yaşar Məmmədov hələ də bizə köməklik göstərir. Sağ olsun, gecə-gündüz xəstəxanadadır".

Xatırladaq ki, "Avropa.info" saytının əməkdaşı, jurnalist Sahib İslamov qəzaya düşdüyü gündən bəri Musa Nağıyev adına Xəstəxananın reanimasiya şöbəsində komadadır. Onun üzərində ağır cərrahi əməliyyat aparılıb.

Tarix
2013.11.08 / 11:18
Müəllif
Vüsal Tağı
Şərhlər
Digər xəbərlər

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla