Yuxarı

Bu avtomobil yolu yenidən qurulur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu avtomobil yolu yenidən qurulur

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Bakı şəhəri, Qaradağ rayonu Lökbatan-Qobu avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb.

Azəravtoyol ASC-dən Axar.az-a verilən məlumata görə, yolun uzun müddət təmir edilməməsi səbəbindən asfalt-beton örtükdə dağılmış və qabarmış hissələr yaranıb. Bu isə xüsusən payız-qış mövsümündə gediş-gəlişi xeyli çətinləşdirir. Artıq bu problemin aradan qaldırlması istiqamətində işlərə başlanılıb.

Lökbatan-Qobu avtomobil yolunun uzunluğu 7.2 km-dir. Layihəyə əsasən yol 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur.

Tikinti işləri çərçivəsində yolun torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılır, bunun əvəzinə karbonat materialı tökülərək kipləşdirilir və 10 m enində yeni torpaq yatağı inşa olunur. Daha sonra isə qum-çınqıl qarışığı və optimal qırmadaş qarışığından ibarət yeni yol əsasının tikintisi, hazır hissələrə isə 2 qat olmaqla (7sm+5sm) yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Ümumilikdə 50 min kv.m ərazinin asfaltlanması planlaşdırılır.

Layihəyə uyğun olaraq yolun hərəkət hissəsinin eni bərkidici zolaqlarla birgə 7 m təşkil edir. Hər bir istiqamət üzrə 1.5 m enində çiyinlərin tikintisi işləri də aparılacaq. Hazırda yolun 1.6-2-ci km-lik hissəsində 450 m uzunluğunda istinad divarlarının inşası da aparılır.

Yolun altından suların ötürülməsi üçün 3 yerdə 1200 mm diametrində borulardan istifadə edilməklə və ümumi uzunluğu 36 m olan dəmir-beton su keçidlərinin, həmçinin 2 yerdə 500 mm diametrində dəmir borulardan istifadə edilməklə suötürücü boruların tikintisi işləri aparılıb.

Yolda tikinti işləri bitdikdən sonra yol boyu avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün piyada zolaqlarının, yolgöstərici və yolcizgi xətlərinin çəkilişi işləri aparılacaq, zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq.

7.2 km-lik Lökbatan-Qobu avtomobil yolunun tikintisi “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla aparılır.

Qeyd edək ki, sözügedən yolun tikintisi ilə 2 yaşayış məntəqəsinin 47 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq, yük və sərnişin daşıması yaxşılaşacaq.

Tarix
2016.12.14 / 11:00
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident tapşırıq verdi: Diplomatlarımız təxliyə edildi

Bu hücumu qətiyyətlə pisləyirik - Pelleqrini

BMT də Naxçıvana hücuma səssiz qalmadı

Tsviyanoviçdən Əliyevə: Biz bunu qəti şəkildə qəbul etmirik

Bu səhifə Azərbaycanla bağlı dezinformasiya yayır

İlham Əliyev Babişə təşəkkür etdi

SEPAH Azərbaycanda bu hədəflərə hücum hazırladı - Video

Çexiya baş naziri İlham Əliyevə məktub göndərdi

Herisçi Təbrizdən müraciət yaydı: Onu məcbur ediblər? - Video

İlham Əliyev Vuçiçlə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla