Yuxarı

Qəbul imtahanları ödənişli olur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəbul imtahanları ödənişli olur

Azərbaycanda imtahanların ödənişli olması üçün Dövlət İmtahan Mərkəzinin xidmətləri Tarif Şurasının müvafiq siyahısına daxil edilməlidir. Nazirlər Kabineti tərəfindən müvafiq qərar verildikdən sonra yeni xidmətlər ictimaiyyətə açıqlanacaq.

APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları” ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

DİM Direktorlar Şurasının sədri vurğulayıb ki, imtahanların hansı formada keçirilməsi barədə işçi qrup səviyyəsində müzakirələr daimi aparılır. O deyib ki, iqtisadçılar, Dövlət İmtahan Mərkəzi və Tarif Şurasının mütəxəssisləri ilə birgə müzakirələr aparıldıqdan sonra müəyyən sənədlər hazırlanaraq Maliyyə Nazirliyinə təqdim edilir, amma bu prosesləri hüquqi müstəviyə keçirmək üçün Nazirlər Kabinetinin qərarı lazımdır:

“Prezidentin aprel ayında Dövlət İmtahan Mərkəzi ilə bağlı müvafiq fərmanı var idi. Nazirlər Kabinetinə göstəriş verilib ki, bütün qanunlar və normativ sənədlər yeni fərmana əsasən uyğunlaşdırılsın. İlk olaraq bu uyğunlaşdırma aparılmalıdır. Bundan sonra artıq yeni funksiyalarımızın necə icra olunacağı müəyyənləşəcək və bu sahədə legitimlik yaranacaq. Daha sonra ictimaiyyətə yeniliklər barədə açıqlama verə biləcəyik. Hazırda Dövlət imtahan Mərkəzi olaraq bununla əlaqədar hökumətin qərarını gözləyirik”.

Tarix
2016.12.14 / 13:18
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla