Yuxarı

Lənkəranda növbəti qarət: sələmçi “ovu” davam edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda bir ay ərzində üçüncü sələmçi qadının evinə basqın edilib.

Bu barədə "Axar.az"a rayondakı mənbədən məlumat veriblər.

Lənkəranın Mamusta kəndində yaşayan sələmçiliklə məşğul olan qadının evinə basqın edilib. Maskalı olduğu iddia edilən oğrular adını hələlik dəqiqləşdirə bilmədiyimiz qadına heç bir xəsarət yetirməyiblər. Mənbə deyir ki, basqın zamanı sələmçinin evindən qızıl-zinət əşyaları və pul aparılıb.

Lənkəran polisi məsələ ilə bağlı araşdırma aparır.

Bu artıq bir ay ərzində Lənkəranda baş verən üçüncü belə hadisədir. Rayon camaatı bir-birinin ardınca baş verən hadisələrlə əlaqədar narahatlıq keçirir. Cinayətkarların tapılmaması əhalini də təlaşlandırır. Xüsusilə sələmə pul verməklə məşğul olan qadınların evinə edilən basqınları əhali təsadüf hesab etmir.

Xatırladaq ki, martın 21-i gecə Lənkəranın Şəhidlər Xiyabanı 5 ünvanında yerləşən mənzilə basqın olub və hadisə zamanı 1954-cü il təvəllüdlü Sürəyya Tağı qızı Tağıyeva qətlə yetirilib. Qadın uzun illər sələmçiliklə məşğul olub.

Bu hadisədən öncə isə maskalı şəxslər bir başqa qadının evinə basqın edib, əl-qolunu bağlayaraq qızıllarını aparmışdı.

Tarix
2014.03.29 / 10:26
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla