Yuxarı

Yanacaq alan sürücüləri belə aldadırlar - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Binəqədi rayonu, Davudoğlu küçəsində yerləşən "Fnint" firmasına məxsus yanacaqdoldurma məntəqəsi müştəriləri aldadır".

Bu barədə adının çəkilməsini istəməyən müştərilərdən biri bildirib.

Onun sözlərinə görə, özünə məxsus "Audi Q5" markalı avtomobilə yanacaq vurmaq üçün həmin məntəqəyə gedib və orada aldadıldığının şahidi olub: "Dedim ki, "polnı bak" vurun. Avtomobilimin "bak"ı 75 litr benzin tutur. Mənə çek verəndə isə baxdım ki, 78 litr yazıblar. Təbii ki, məbləğ də 78 litrə uyğun qeyd edilib. Dedim axı maşınımın "bak"ı 75 litr tutur, siz ora necə 78 litr benzin vura bilərsiniz? Mübahisə etdik, nəticəsi olmadı. Deməli, bu adamlar hər müştəridən artıq pul alırlar".

Vətəndaş həmin yanacaqdoldurma məntəqəsindən ona verilən çeki də redaksiyamıza təqdim edib. "Audi Q5"in yanacaq çəninin həqiqətən 75 litr tutub-tutmadığını dəqiqləşdirmək üçün Bakıda fəaliyyət göstərən "Audi Mərkəz"lə əlaqə saxladıq. Bəlli oldu ki, vətəndaş düz deyir. Adıçəkilən yanacaq doldurma məntəqəsi ilə əlaqə saxlamaq mümkün olmadı ("Azadlıq").

Tarix
2014.03.29 / 14:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla