Yuxarı

SOCAR kəmərində qəza: Gürcüstan qazsız qaldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
SOCAR kəmərində qəza:

Bu gecə Gürcüstanın Acarıstan Muxtar Respublikasının ərazisindən keçə magistral qaz kəmərində baş verən qəza nəticəsində Batumi şəhərinin və Xelvaçaur bələdiyyəsinin ərazisinin qaz təchizatı dayandırılıb.

APA xəbər verir ki, qəza nəticəsində 50 mindən çox abonentin qazla təchizatı tamamilə məhdudlaşıb. Bununla yanaşı, orta məktəblər, uşaq bağçalarının istiliklə təchizatında problemlər yaranıb. Bu səbəbdən tədris prosesi dayandırılıb. Batumidə yerləşən 27 orta məktəbdən yalnız 3-də tədris prosesi öz axarı ilə davam edir.

"SOCAR Georgia Gas" şirkətinin Acarıstan filialından bildirilib ki, qəza yerinə texniki briqadalar cəlb olunub: "Yaxın vaxt ərzində mərhələli şəkildə əhalinin təbii qazla təchizatına başlanılacaq. Əhalinin bir hissəsinə təbii qaz bu günün sonunadək verilsə də, təchizatın tam bərpası yalnız şənbə gününün birinci yarısında mümkün olacaq".

"SOCAR Georgia Gas" SOCAR-ın törəmə müəssisəsidir və Gürcüstana təbii qazın distribusiyasını həyata keçirir.

Tarix
2016.12.16 / 13:20
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan-Ermənistan transsərhəd çayları ilə bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla