Yuxarı

Benzinin qiyməti artacaq? - İqtisadçı ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Benzinin qiyməti artacaq? - İqtisadçı ekspert

Benzin istehsalının azalması qiymətlərə təsir göstərməyəcək.

Bunu Şərq.az-a benzinin istehsalının 7 faiz azalmasından danışan "Turan” İnformasiya Agentliyinin iqtisadi şərhçisi Hafiz Babalı deyib.

Ekspert bildirib ki, istehsal prosesinin azalması və ya artması istehlakın tələbindən asılıdır:

"Yəni belə desək, bazarda nə qədər tələb edilirsə, istehsal da ona uyğunlaşdırılır. Benzinin və ümumi yanacaq məhsullarının istehsalının azalması da bununla bağlıdır. Neft məhsulları da elə həcmdə istehsal edilir ki, tam şəkildə istifadəni ödəyə bilsin. Ona görə də bu azalma əslində nəticədir. Benzinin istehsalının 6,8 faiz azalmasının sənayedə problemlər yaratdığı barədə fikir söyləmək düzgün deyil. Bu, təbii haldır. Sənaye sahəsi dirçələrsə, yanacağa tələbat artarsa, onun istehsalı da irəliləyə bilər. Azalmanın qiymətlərin bahalaşmasına gətirib çıxaracağı fikri isə düzgün deyil. Çünki istənilən halda bu qiymətlər dövlət tərəfindən tənzimlənir. Benzinin qiymətinin artırılması ilə bağlı Tarif Şurasına isə müraciət edilməyib”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, benzininin istehsalı 6,8 faiz azalıb.

Tarix
2016.12.16 / 21:45
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla