Yuxarı

Abutalıbovun müavini torpaq davasından danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahovun haqqında səsləndirilən ittihamlara cavab verilib. Onun etibarnamə əsasında təyin edilən nümayəndəsi Sani Nəsibov "Axar.az"a açıqlamasında Rüstəm Əli oğlu Əliyevin R.Pənahovun barəsində söylədiyi torpaq iddiasının əsassız olduğunu deyib:

"Həmin yazıda göstərilir ki, guya icra başçısının müavini Rauf Pənahov I qrup əlil Rüstəm Əliyevin atasına məxsus bağ sahəsini özəlləşdirib. Nəzərinizə çatdırım ki, Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 09.10.1990-cı il tarixli 6/ 317 saylı qərarı ilə R.Pənahova Mərdəkan qəsəbəsində 0,12 hektar bağ sahəsi ayrılıb. Həmin sahəyə dair onunla Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi arasında 29887 saylı müqavilə bağlanıb".

S.Nəsibovun sözlərinə görə, həmin bağ sahəsi hasara alınıb, R.Pənahov tərəfindən orada abadlıq işləri aparılıb, ağaclar əkilib. Sonradan isə bağ evi tikilib və başçının müavini ailəsi ilə birlikdə indiyədək həmin bağ evindən istifadə edir.

Müqavilə niyə bağlanmayıb?

"I qrup əlil Rüstəm Əliyevin atası Əli İbrahim oğlu Əliyevə isə Bakı Şəhəri XDS İcraiyyə Komitəsi tərəfindən 27.03 1991-ci il tarixli 3/318 saylı qərarı ilə Mərdəkan qəsəbəsində 0, 12 hektar bağ sahəsi ayrılıb. Lakin ona bağ sahəsinin ayrılmasına dair Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə müqavilə bağlanmayıb. Göründüyü kimi, R.Pənahova 1990-cı ildə bağ sahəsi ayrıldığı halda şikayətçi Rüstəm Əliyevin atasına 1991-ci ildə ayrılıb".

S.Nəsibov 2008-ci ilə qədər həmin torpağa dair heç bir iddianın qaldırılmadığını vurğulayıb.

"Yalnız 2008-ci ildə R.Pənahova ayrılan bağ sahəsinə dair sənədlərin etibarsız hesab edilməsi və torpaq sahəsinin geri qaytarılmasına dair Nərimanov Rayon Məhkəməsində cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyesrt Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı iddia irəli sürülüb. Lakin məhkəmənin 05.09.2008-ci il tarixli qətnaməsi ilə onun iddiası rədd edilib. Onu da deyim ki, qeyd olunan qətnamədən R.Əliyev tərəfindən apellyasiya şikayəti belə verilməyib".

Sonradan R.Əliyevin başqa bağ sahəsi verilməsi üçün ərizə təqdim etdiyini deyən S.Nəsibov bildirib ki, ona əsasən məhkəmə qərarı ilə şikayətçiyə başqa torpaq sahəsi verilib.

Esmira Abdullayeva saxta sənədlə torpağa sahiblənib

"Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin 20.10.2005-ci il tarixli aktı və 09.02.2007-ci il tarixli dərkənarı ilə R.Əliyevə digər bir bağ sahəsi ayrılıb. Həmin sənədləri əsas götürən Nərimanov Rayon Məhkəməsinin 16.12.2008-ci il tarixli qətnaməsi ilə uzun müddət istifadə olunmayan Mərdəkan qəsəbəsindəki 2549 saylı bağ sahəsinə onun istifadə hüququ tanınıb. R.Əliyevlə həmin bağ sahəsinə icarə müqaviləsi bağlanmış hesab edilib".

Sonradan 2549 saylı bağ sahəsinə dair məhkəmədə R.Əliyev və Esmira Abdullayeva arasında mübahisə başlandığını xatırladan S.Nəsibov bunun R.Pənahova heç bir aidiyyətinin olmadığını vurğulayıb.

Yeni sənədlər üzə çıxdı

Xatırladaq ki, Qarabağ müharibəsi veteranı Müşviq Əhmədli və I qrup əlil Rüstəm Əliyev redaksiyaya müraciət edərək onlara məxsus torpaq sahəsinin R.Pənahov tərəfindən mənimsənildiyini bildiriblər. Onun nümayəndəsinin açıqlamasına münasibət bildirən R.Əliyev həmin fikirlərin sənədlərlə ziddiyyət təşkil etdiyini deyib. Yaxın günlərdə əlindəki yeni sənədləri mediaya təqdim edəcəyini söyləyib.

Tarix
2014.03.30 / 16:20
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Digər xəbərlər

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla