Yuxarı

AMEA erməni dilli mütəxəssis axtarır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AMEA erməni dilli mütəxəssis axtarır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Milli Azərbaycan Tarix Muzeyinin kolleksiyasının ilkin təqdimatı keçirilib.

AMEA-dan Axar.az-a verilən məlumata görə, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova bildirib ki, təqdimatları keçirməkdə məqsəd Mərkəzi Elmi Kitabxanada mühafizə olunan qədim tarixi kitablar barədə məlumatı geniş ictimaiyyətə çatdırmaqdır.

O təklif edib ki, AMEA-nın institutları MEK-də belə təqdimatların keçirilməsinə fəal dəstək olsunlar. L.İmanova kolleksiyadakı əski erməni dilində olan 881 nüsxə ədəbiyyatın araşdırılması üçün bu sahə üzrə mütəxəssislərin cəlb edilməsinin çox vacib olduğunu vurğulayıb:

“Tarixi həqiqətlərin, Azərbaycanın mənafeyini əks etdirən tarixi faktların məhz erməni mənbələrindən tapılması ölkəmizin xeyrinə olan güclü təsdiqləyici vasitə olardı”.

Təqdimat Mərkəzi Elmi Kitabxananın Komplektləşdirmə və sistemləşdirmə bölməsinin əməkdaşı Mehri Həsənli tərəfindən keçirilib. O, 2015-ci ildə AMEA Mərkəzi Elmi Kitabxanasına Tarix Muzeyi tərəfindən 4 598 kitab hədiyyə edildiyini bildirib. Təqdimatda Milli Azərbaycan Tarix Muzeyinin kolleksiyasına daxil olan rus, şərq və əski erməni dilində olan mənbələr barədə məlumat verilib. Xarici dildə olan ədəbiyyatdan 2050 kitab işlənilməsi və elektron kataloqa salınması qeyd edilib.

Leyla İmanova İSƏ bildirib ki, Tarix muzeyinin Mərkəzi Elmi Kitabxanaya hədiyyə etdiyi zəngin kolleksiyanın geniş ictimai təqdimatı 2017-ci ilin mart ayında AMEA-nın Milli Tarix Muzeyi, Tarix İnstitutu, Şərqşünaslıq İnstitutu və başqa institutlarının, eləcə də Türkiyə, İngiltərə, Almaniya, Fransa, Rusiya, Gürcüstan və başqa aidiyyəti olan səfirliklərin iştirakı ilə planlaşdırılır.

Tarix
2016.12.19 / 10:49
Müəllif
Axar.az
Digər xəbərlər

İranın DİN rəhbəri İlham Əliyevə təşəkkür etdi

Prezident iranlı naziri qəbul etdi - Foto

Van Yi Azərbaycana gəlir

Laos prezidenti Azərbaycana gəldi - Foto

Ölkə başçıları mətbuata bəyanatlarla çıxış etdilər

İran Ərəbistanı bu sözlərlə hədələdi – İnanılmaz

Məsələ dindirmi: Azərbaycanda nə baş verir? - Ağar

Keyfiyyətli təhsilə nail olmaq istəyiriksə... - Deputat

İlham Əliyevlə Hun Manet arasında geniş tərkibdə görüş...

Bakının bunda maraqları var - Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla