Yuxarı

Məcburi köçkünlərin binası yandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gecə ölkə daxilində 5 yanğın hadisəsi baş verib.

"Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Abşeron rayonu, Xırdalan şəhərində məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan 2 otaqlı mənzilin mətbəxinin döşəməsi və ev əşyaları 4 kv.m sahədə yanın.

Mənzil yanğından mühafizə olunub. Yanğın saat 03:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Quba şəhərində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan ikimərtəbəli 7 otaqlı evin tüstü bacası ətrafı 1 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Pirallahı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan qarajın dam örtüyünün yanar konstruksiyaları 1 kv.m sahədə yanıb. Qarajin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Abşeron rayonu, Masazır qəsəbəsində vətəndaşa məxsus "VOLKSWAGEN" markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Yasamal rayonunda tikinti şirkətinə məxsus ümumi sahəsi 20 kv.m olan dəmir köşkün içərisində taxta arakəsmə 6 kv.m sahədə və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 06:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Tarix
2014.03.31 / 08:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla