Yuxarı

Ağalar Məmmədovun səviyyəsinə düşmək istəmirəm

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Haqqımda səslənən fikirlərə cavab vermək, həmin insanları gündəmə gətirmək, ümumiyyətlə onlar haqqında danışmaq istəmirəm".

Bu sözləri "Axar.az"a açıqlamasında Azərbaycanın tanınmış alimi Rafiq Əliyev mühacirətdə olan fəlsəfəçi Ağalar Məmmədovun onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

O bildirib ki, ümumiyyətlə nə bu məsələdən, nə də hansısa başqa bir məsələdən mediaya danışmaq istəyir:

"Sizin özünüz üçün deyirəm, biləsiniz. Mediaya nəsə danışmaq və ya demək istəmirəm. Axırıncı açıqlamadan sonra bu qərara gəldim ki, şifahi formada heç bir mediaya münasibət bildirməyim. Ancaq sizin özünüz üçün deyirəm ki, Ağalar Məmmədovun dedikləri ağ yalandır. Ümumiyyətlə, haqqımda səsləndirdiyi təhqiramiz fikirlərdən danışıb, onunla bir səviyyədə görünmək istəmərəm.

Ancaq bilin ki, AMEA-da heç bir zaman elə hadisə yaşanmayıb. Şər-böhtandan başqa bir şey deyil".

Xatırladaq ki, Ağalar Məmmədov Rafiq Əliyevin "Qeyri-səlis məntiq və din" adlı elmi məqaləsini tənqid edərək, akademiki xurafatçılıqda ittiham edib və onu tanıdığı gündən elmdən uzaq din adamı olduğunu deyib:

"Elə ilk görüşdən onun düşüncə səviyyəsini tanımışam. Deməli, o müzakirədə akademiklər, doktorlar və b. iştirak edirdi. İclasa AMEA-nın o vaxtkı prezidenti, mərhum akademik Mahmud Kərimov rəhbərlik edirdi. Bizim bu "dünya şöhrətli alim" öz çıxışında olduqca yersiz bir formada belə dedi: "Mən hesab edirəm ki, Allah var". Şəxsən mənim heç gözləmədiyim bir halda akademik Mahmud Kərimov buna sərt etiraz elədi: "Rafiq müəllim, bu, alim sözü deyil!"

Tarix
2013.11.08 / 16:03
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla