Yuxarı

MM-in sektor müdirini öldürən şəxsin cinayət işi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MM-in sektor müdirini öldürən şəxsin cinayət işi

Bakıda həyat yoldaşını baltalayaraq qətlə yetirməkdə təqsirləndirilən şəxsin cinayət işinin ibtidai istintaqı başa çatıb.

Report-un məlumatına görə, Məzahir Qasıminin cinayət işi üzrə Səbail Rayon Prokurorluğunda aparılan istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Əlövsət Abbasovun icraatına verilib. Proses yaxın günlərdə başlayacaq.

Hadisə bu il sentyabrın 9-da Səbail rayonu Bayıl qəsəbəsi, Xanlar küçəsi ev 10, mənzil 4 ünvanında baş verib. Həmin ünvanında yaşayan M.Qasımi həyat yoldaşı Fəridə Məcidovaya balta ilə xəsarət yetirib. Qadın aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Hadisəni törədən M.Qasımi saxlanılıb.

Qətlə yetirilən F.Məcidova Milli Məclisin Aparatında sektor müdiri vəsifəsində çalışıb. O, ötən il yaşı ilə əlaqədar təqaüdə göndərilib. Mərhum ümumən 30 il Milli Məclis aparatında müxtəlif vəzifələrdə işləyib.

Yaxınlarının sözlərinə görə, F.Məcidovanın əri M.Qasimi ilə aralarında ev söhbəti düşüb. Bundan sonra mübahisə qızışıb və əri tamah məqsədi ilə qadını amansızcasına qətlə yetirib.

Tarix
2016.12.20 / 17:56
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla