Yuxarı

Lənkəran və Qubada ağır cinayətlərin üstü açıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prokurorluq və polis orqanlarının əməkdaşları tərəfindən son günlər Lənkəran və Quba şəhərlərində törədilmiş ağır cinayətlərin üstü açılıb.

Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin yaydıdğı birgə məlumatda deyilir.
Belə ki, martın 21-də Lənkəran şəhər sakini Surayə Tağıyeva evindən güllə yarası ilə xəstəxanaya gətirilib və orada ölüb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəhər sakini Samid Hüseynov tutulub. Ondan "AKM" markalı silah və 7 patron, habelə cinayəti törədərkən maska kimi istifadə etdiyi papaq və əlcək götürülüb.

Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

S.Hüseynov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, martın 28-də Azərbaycan Müəllimlər İnstitutunun Quba rayon filialında oranın tələbəsi Vüqar Babayev münaqişə zəminində tələbə yoldaşı Xalid Osmanlıya döş qəfəsindən bıçaqla çoxsaylı xəsarətlər yetirib. X.Osmanlı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanaraq zəruri ekspertizalar təyin edilib.

Cinayəti törətməkdə şübhəli bilinən V.Babayev polis əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb edilib.
Hazırda hər iki fakt üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. (Trend)

Tarix
2014.03.31 / 19:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla