Yuxarı

Avtobus sürücülərinə nəzarət gücləndirilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avtobus sürücülərinə nəzarət gücləndirilir

Bakı Nəqliyyat Agentliyi olaraq ictimai nəqliyyatda bütün problemləri bilirik və bunu da bilirik ki, sürücülərlə bağlı böyük problemlər var.

APA xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli rəhbərlik etdiyi qurumun 1 illik fəaliyyəti ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib.

V.Kərimlinin sözlərinə görə, ictimai nəqliyyatda sürücülərlə bağlı ciddi işlər görüləcək, vahid sürücü məlumat bazası yaradılacaq.

“Bu bazada sürücülərlə bağlı məlumatlar yerləşdiriləcək. Artıq sahibkar özü sürücü seçə bilməyəcək. Avtobus sürücülərinə dövlət nəzarəti olacaq. Əgər hər hansı sürücü qanuna zidd hərəkətlər edərsə, digər daşıyıcılarda çalışa bilməyəcək. Bununla bağlı, müvafiq işlər görüləcək”, - deyə V.Kərimli vurğulayıb.

Baş direktorun sözlərinə görə, daşıyıcılarla bağlı da tədbirlər görüləcək. V.Kərimli əlavə edib ki, ilk növbədə təmir imkanları olmayan avtobus şirkətlərinin çalışmasına icazə verilməyəcək.

Tarix
2016.12.21 / 12:30
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla