Yuxarı

Tərcümə Mərkəzində narazılıq - Ədalətsizlik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tərcümə Mərkəzində narazılıq - Ədalətsizlik

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində ixtisarlara start verilib.

Teleqraf.com-un məlumatına görə, ixtisarların aparılma prinsipi əməkdaşlar arasında narazılıq doğurub.

Ötən həftə Mərkəzin həftəlik nəşri olan “Aydın yol” qəzetinin bağlanmasından sonra qurumun ayrı-ayrı şöbələri üçün də ixtisar siyahıları tərtib edilib. Ancaq siyahının hansı prinsiplər əsasında tutulduğu bilinmədiyi üçün əməkdaşlar onu ciddi narazılıqla qarşılayıblar. Mərkəzin şöbələrində çalışan zəhmətkeş işçilərə “Gələn ildən işə gəlməyin” deyilib, ancaq onlara qurumdan niyə uzaqlaşdırıldıqlarının səbəbi izah edilməyib.

Verilən məlumata görə, Tərcümə Mərkəzi ilə uzaqdan əməkdaşlıq edib, ştatda sayılan “kölgə işçilər” ixtisara düşməyib. Onlar növbəti ildə də fəaliyyət göstərəcəklər.

Tərcümə Mərkəzi ilə əlaqə saxlamağa çalışılsa da, sualları cavablandırmaqdan imtina edilib. Mərkəzin mətbuat xidməti də son vəziyyətlə bağlı hər hansı açıqlama yaymayıb.

Tarix
2016.12.27 / 14:39
Müəllif
Axar.az
Digər xəbərlər

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla