Yuxarı

Əmlak vergisini hansı qurum yığmalıdır? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əmlak vergisini hansı qurum yığmalıdır? - Video

Bələdiyyə sakinlərə bildiriş paylayaraq əmlak vergisini vaxtında ödəməsələr məhkəməyə müraciət ediləcəyini xəbər verib.

Xəzər xəbər-in məlumatına görə, bu cür bildirişlərə paytaxtın demək olar ki, bütün rayonlarında rast gəlinir. Vətəndaşlar isə tərəddüd içərisindədirlər ki, indiyə kimi bələdiyyə onlara hansı xidməti təklif edib ki, bunun müqabilində ödəniş tələb edir.

Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri Hümbət Hüseynov isə deyir ki, qanunda əmlak vergisi müqabilində bələdiyyələrin qarşısına hansısa xidmət öhdəliyi qoyulmayıb.

Hümbət Hüseynovun sözlərinə görə, bu cür bildirişlər gələn sakinlər qeyd olunan məbləği vaxtında ödəsələr yaxşıdır. Çünki vaxt keçdikcə məbləğ daha da artır və böyük yükə çevrilir. Çünki gecikdirilən vəsaitləri icra məmurları vasitəsilə almaq üçün bələdiyyələrə tam səlahiyyət verilib. Üstəlik belə olanda vətəndaş icra məmurlarına da əlavə pul ödəməlidir.

Bəzən isə əmlak vergisi həm mənzil-istismar sahələri, həm də bələdiyyələr tərəfindən tələb edilir. Hümbət Hüseynov deyir ki, mənzil-istismar sahələri yalnız binanın saxlanması üçün xidmət haqqı tələb edir, bu isə əmlak vergisi ilə qarışdırılmamalıdır.

Yəni vətəndaşlar Mənzil-İstismar sahələrinə əmlak vergisi ödəmək məcbur deyil. Çünki, bu vergini toplamaq bələdiyyələrin səlahiyyətindədir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Tarix
2016.12.27 / 23:32
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla