Yuxarı

Oğuzda ağır yol qəzası: Ölən var - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oğuzda ağır yol qəzası: Ölən var - Video

Oğuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az ARB-yə istinadən xəbər verir ki, rayonun Ərmənət kənd sakini, 26 yaşlı Şahmar Adil oğlu Musayev idarə etdiyi VAZ-21093 markalı 10 BU 041 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə maşını yolun kənarındakı ağaca çırpılıb.

Hadisə rayonun Top kəndinə gedən yolda baş verib. Qəza nəticəsində Şahmar Musayev və onun sərnişi, həmkəndlisi, 24 yaşlı Toğrul Sadəddin oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Oğuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirib. Şahmar Musayevin vəziyyəti ağır olduğundan ilkin yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün o, Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Toğrul Əliyev isə Şəki Mərkəzi Rayon Xəstəxanasına göndərilib.

Şəki MRX-dan bildirilib ki, o, ağır qapalı kəllə-beyin travması diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, travmatik şok vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Toğrul Əliyevin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya daxil olduqdan iki saat sonra dünyasını dəyişib.

Faktla bağlı Oğuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Tarix
2016.12.28 / 14:37
Müəllif
Axar.az
Digər xəbərlər

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycana hücumlar fonunda Ərdoğanın bu sözü...

Özümüzü istənilən çətinlikdən qorumaq üçün...

Hər kəs öz ev tapşırığına diqqəti yönəltməlir!

Bakıda mühüm forum: Prezident çıxış etdi - Foto

Bütün etnik qrup və dinlərin nümayəndələri birləşərək...

İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir - Prezident

Bakı və Dehli münasibətləri istiləşir?

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla