Yuxarı

DİN-dən hamamın altından çıxan meyitlə bağlı - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİN-dən hamamın altından çıxan meyitlə bağlı -

Daxili İşlər Nazirliyi (DİN) Salyan rayonunda 14 ay əvvəl itkin düşmüş 26 yaşlı Qasımov Elçin Mirqələm oğlunun meyitinin tapılması ilə bağlı məlumat yayıb.

DİN-dən Axar.az-a verilən məlumatda bildirilib ki, Salyan şəhərində yaşayan Elçin Qasımovu qətlə yetirməkdə şübhəli bilinən qonşusu Rövşən Cavadovun tutulması üçün tədbirlər görülür.

Qeyd olunub ki, 2015-ci il noyabr ayının 11-də Salyan şəhərində yaşayan Elçin Qasımov evdən çıxıb və geri qayıtmayıb.

Araşdırmalarla həmin gün E.Qasımovun qonşusu Rövşən Cavadovun şəhər ərazisində yaşadığı evdə olarkən aralarında baş vermiş münaqişə zəminində sonuncu tərəfindən bıçaqla qətlə yetirilməsi və həyətdə basdırılması müəyyən edilib.

E.Qasımovun cəsədinin qalıqları eksqumasiya edilib. R.Cavadovun tutulması üçün tədbirlər görülür.

Salyan RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Tarix
2016.12.29 / 12:50
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

Ceyhun Bayramov britaniyalı həmkarı ilə danışdı

Azərbaycan bu beynəlxalq şuranın üzvü seçildi

İsrailin Türkiyəyə qarşı planı - Tədarükün qarşısını alır

Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi

Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü - Foto

Azərbaycan nümayəndələri Ermənistana gedəcək

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla