Yuxarı

“Təmiz Dünya” könüllü təlimlərə start verib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi könüllü təlimlərə start verib.

Bu haqda "Axar.az"a "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin mətbuat xidmətindən məlumat daxil olub.

Məlumatda deyilir ki, bölgələrdə qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması istiqamətində sosial işçilər lazımi bilgilərlərə yiyələnəcəklər. Təlim ali məktəblərdə sosial iş üzrə təhsil alan tələbələrlə aparılır. Onlara sosial işin təşkili və psixoloji yardım edilməsi üçün gərəkli məlumatlar oyrədilir. Həmçinin, təlim prosesində həssas qrupdan olan məişət zorakılığı və insan alveri qurbanlarıyla sosial işin xüsusiyyətlərinə dair təlimlər keçirilir. Təlimin rəhbəri Mehriban Zeynalova bildirib ki, bu cür könüllü təlimlərin keçirilməsində əsas məqsəd gələcəkdə sosial işçilərin regionlarda belə qruplarla işşləmək bacarığını təkmilləşdirmək və nəzəri və praktik biliklərini yüksəltməkdir. Təlimlər 1 ay müddətində həyata keçiriləcək. Müddət bitdikdən sonra il ərzində mütəmadi olaraq yeni qrupların təlimə cəlb edilməsi nəzərdə tutulur. Təlimdə ölkədə məişət zorakılığının aradan qaldırılması və eləcə də insan alverinə qarşı mübarizə haqda Qanunların müddəaları rəhbər tutulur. Təlim dövlət proqramlarının icrasına dəstək məqsədi daşıyır. İctimai Birlik sosial işçilər üçün Bazar günü məktəbləri də həyata keçirir, sosial işçilərin işçilərin təcrübələrinin artırılması istiqamətində iş aparır.

Tarix
2014.04.03 / 13:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla