Yuxarı

FHN əməkdaşlarına bayram hədiyyəsi – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN əməkdaşlarına bayram hədiyyəsi – Foto

Bu gün Fövqəladə Hallar Nazirliyinin sosial proqramına uyğun olaraq Bakının Xəzər rayonunun Türkan qəsəbəsində nazirliyin əməkdaşları üçün inşa olunmuş hər biri 5 mərtəbəli, 40 mənzilli 2 yaşayış binası istifadəyə verilib.

FHN-in mətbuat xidmətindən verilən məlumata görə, mərasimdə fövqəladə hallar nazirinin müavinləri tibb xidməti general-leytenantı Faiq Tağı-zadə və general-leytenant Etibar Mirzəyev iştirak ediblər.

Mərasimdə çıxış edən E. Mirzəyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, belə bir əlamətdar günlərdə yeni ili yeni evlərində qarşılayacaq nazirlik əməkdaşlarına və onların ailə üzvlərinə ən xoş arzularını çatdırıb. Sonra F. Tağı-zadə yeni mənzillərin açarlarını sahiblərinə təqdim edib. Daha sonra binanın rəmzi açılışını bildirən qırmızı lent kəsilib.

Qeyd edək ki, mərkəzi istilik sistemi və bütün kommunal şəraiti olan, lazımi mebel avadanlıqları ilə təchiz olunmuş yaşayış binaları Fövqəladə Hallar Nazirliyi Əsaslı Tikinti İdarəsinin sifarişi və “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutunun layihəsi əsasında ən müasir standartlara uyğun olaraq inşa edilib.

Tarix
2016.12.31 / 17:55
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla