Yuxarı

Hərbi Dəniz Qüvvələrinin komandanı həbs olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq Qərargah rəisi, qurumun keçmiş komandanı Şahin Sultanov istefaya göndərildikdən sonra bu vəzifəni bir müddət icra edən birinci dərəcəli kapitan (polkovnik) Yunus Məmmədov saxlanılıb.

"Axar.az" "AzNews.az" a istinadən xəbər verir ki, HDQ-da baş verən maliyyə pozuntuları və Nizamnamədən kənar hərəkətlərlə bağlı aparılan yoxlamalar çərçivəsində polkovnik ötən gün istintaqa çağırılıb və ona ittiham elan olunub. Bundan sonra onun saxlanması ilə bağlı qərar verilib.

Xatırladaq ki, bir neçə gün əvvəl HDQ-nın komandanı vəzifəsini icra edən, hərbi birləşmənin qərargah rəisi, I dərəcəli kapitan Yunus Məmmədov işdən çıxarılaraq, sərəncama göndərilmişdi.

HDQ-nın qərargah rəisi vəzifəsinə isə III dərəcəli kapitan Şahin Məmmədov təyin olunub. Ş. Məmmədov həm də HDQ-nın komandanı vəzifəsini icra edir.

Qeyd edək ki, Zakir Həsənov müdafiə naziri postuna təyin olunduqdan sonra HDQ-da daxili yoxlamalar aparılıb və ciddi nöqsanlar aşkar olunub. HDQ-nın komandanı, vitse-admiral Şahin Sultanov martın 11-də prezidentin əmri ilə tutduğu vəzifədən çıxarılıb. Buna qədər isə HDQ-da nüfuz sahibi olan arxa cəbhə təminatı xidmətinin rəisi, polkovnik-leytenant Hüseynov Seyfi Ramazan oğlu, sabiq müdafiə naziri Səfər Əbiyevin yaxın adamı, "kod 555" adı ilə tanınan ehtiyatda olan miçman Elxan Hacıyev, hərbi birləşmənin ərzaq xidmətinin rəisi, polkovnik-leytenant Hafiz Bauşev və Gəmilərin Xilasetmə Dviziyonunun komandiri, 3-cü dərəcəli kapitan (mayor) İlkin Əsgərov həbs olunub. Bu hərbçilər vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və dövlət əmlakını mənimsəməkdə ittiham olunur.

Tarix
2014.04.04 / 13:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla