Yuxarı

Sürücü özünü yandırmaq istədi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıdan demək olar ki, dünyanın istənilən yerinə hava nəqliyyatı ilə çox rahat gedib çıxmaq olur.

Təyyarələrlə yanaşı son illər avtobuslarla da beynəlxalq və yerli sərnişin daşımaları da həyata keçirilir. Amma bu prosesin heç də hamısı qanuni olmur. Məsələn, Bakı Beynəlxalq Avtovağzalından işləməyən sərnişin avtobusları var ki, onlar bölgələrə sərnişin daşıyır. Bu kimi halların isə qarşısını almaq üçün Nəqliyyat Nazirliyi müəyyən tədbirlər görməyə başlayıb.

Belə ki, tədbir zamanı paytaxtdan Goranboya qeyri-qanuni sərnişin daşıdığı üçün avtobus Nəqliyyat Nazirliyinin işçiləri tərəfindən saxlanılıb. Sürücü buna etirazını bildirərək deyib: "Bəlkə əyləcim olmazdı, vurardım, niyə qabağımda saxlayırsan? Mənim qabağımı niyə kəsirsən? Camaat qırılardı, xoşuna gələrdi?"

Sonra nazirliyin işçiləri sürücüdən idarə etdiyi avtomobilin sənədlərini təqdim etməyi tələb ediblər. Əvvəlcə sürücü sənədlərin qaydasında olduğunu iddia edib, amma sənəd gəlməyincə hadisə yerinə evakuator çağırılıb.

Bu dəfə sürücü avtobusun önünə keçərək maşının yerindən tərpənməsinə imkan verməyəcəyini deyib. Həmin vaxt narazı tərəflə nazirlik işçiləri dil tapmağa çalışıb.

Vəziyyətin dəyişmədiyini görən sürücü maşının cərimə meydançasına aparılmaması üçün əlini benzinə atıb. Birtəhər sakitləşdirilən sürücünün sənədləri alınaraq yola salınıb.

Saxlanılan diğər avtobusun sürücüsünün də sənədlərinin yerində olmadığı məlum olub. Bu avtobus isə Bakıdan Qazaxa sərnişin daşıyırmış.

Bakıdan Qazaxa sərnişin daşıyan avtobus sürücüsü Sarvan Cümşüdov Nəqliyyat Nazirliyinin işçilərinə bildirib ki, hər bir sənədi var, bir dənə fərqlənmə nişanı yoxdur.

S.Cümşüdov da digər sənədləri yerində olmayan sürücülər kimi məsuliyyətə cəlb olunub. Nəqliyyat işçilərinin reydə başlama xəbərini eşidən digər bir neçə avtobus sürücüsü də maşınlarını tərk edərək ərazidən uzaqlaşıblar.

Bundan sonra Nəqliyyat Nazirliyinin əməkdaşları Rusiya nömrəsi ilə avtomobil idarə edən sürücünün sənədlərini yoxlayıblar. Nazirlik əməkdaşlarının sözlərinə görə, hazırda sərnişinlə bərabər yük daşıyan sürücülər da var. (ANS)

Tarix
2014.04.04 / 22:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla