Yuxarı

Qadın sürücü avtobusla belə toqquşdu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda avtobusun iştirakı baş verən yol qəzasının videogörüntüsü yayılıb.

“Bakı Bus”un mətbuat xidmətindən APA-ya bildirilib ki, yanvarın 9-da Binəqədi rayonunun C. Xəndan küçəsində “Bakı Bus”a məxsus 6 saylı marşrut avtobusu ilə vətəndaşa məxsus avtomobilin toqquşması nəticəsində baş vermiş yol hərəkəti qəzası ilə bağlı bir sıra mətbuat orqanlarında reallıqdan uzaq, gerçəkliyi əks etdirməyən məlumatlar yer alıb:

“Hətta bəzi saytlar hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırmasını gözləmədən nəticə çıxararaq, “Bakı Bus"un avtobusu ağır qəza törətdi” başlıqlı yazılarla avtobus sürücüsünü, daşıyıcı şirkət olaraq “Bakı Bus”u ittiham edib, ictimaiyyətdə hadisə ilə bağlı məqsədyönlü olaraq yanlış rəy formalaşdırmağa cəhd edib”.

Şirkət yayılan məlumatların gerçəkliyə uyğun olmadığını göstərmək üçün hadisənin görüntüsünü də təqdim edib:

“Eyni zamanda “Bakı Bus” olaraq bu saytlardan həqiqətə uyğun olmayan, uydurma məlumatları yaydığı üçün həmin məlumatların təkzib edilməsini və bir daha bu kimi reallıqdan uzaq məlumatların yayılmasından qətiyyətlə imtina etməsini tövsiyə edirik. Xatırladırıq ki, Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma cinayət məsuliyyəti yaradır”.

Qeyd edək ki, qəza yanvarın 9-da 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində qeydə alınıb. Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Sevda İsmayılova idarə etdiyi “Nissan Qasqai” markalı maşınla yolun əks hərəkət istiqamətinə çıxaraq “Bakı Bus”a məxsus 6 saylı marşrut xətti ilə hərəkət edən “İveco” markalı, 99 JH 118 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə toqquşub.

Nəticədə qadın sürücü ölüb.

Tarix
2017.01.11 / 16:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla