Yuxarı

“Dəmirbank”ın daha bir fırıldağı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda məşhur bank müştərisini həyəcana salıb.

Əvəz adlı oxucu "Milli.az"a yazıb ki, bir neçə gün öncə "Dəmirbank"dan lizinqlə aldığı "Volvo" markalı 10 PJ 527 dövlət nömrə nişanlı avtomobilini yol polisi saxlayıb. Polis ona maşının saxlamasını həbsdə olmağı ilə əsaslandırıb.

Deyilib ki, "Azəryolservis" ASC-nin "Dəmirbank"da lizinqdə olan yük maşınları ilə problemi olub. "Azəryolservis" isə bu yük maşınlarına görə yol polisinə müraciət edib. "Dəmirbank"da lizinqdə olan bütün növ avtomobillərə həbs qoyulub.

"Həbsin hansı tərəfin iddiası ilə qoyulması mənə məlum deyil. Əgər problem yük avtomobillərindədirsə, mənim sedan tipli "Volvo S40" markalı avtomobilimin buna nə aidiyyəti var? Bunu mən polisə sübut edə bilmədim. Onlar məni fakt qarşısında qoyaraq, avtomobilimin həbsdə olduğunu bildirdilər. Onu da bilmək istərdim ki, mənim lizinqim başa çatanda, avtomobilimi öz adıma keçirdəndə bu tipli problem yenə ortaya çıxacaqmı? Xahiş edirəm, mənim bu böyük problemimi həll edin", - deyə oxucu yazır.

"Dəmirbank"ın reklam və piar şöbəsindən bildirilib ki, vətəndaşın maşınına həbs qoyulubsa, bunun səbəbini öyrənmək lazımdır. Vətəndaş yol polisinə gedərək bunun səbəbini öyrənməlidir. Səbəbi öyrəndikdən sonra onun ardınca gedib araşdırmaq olar. Kökünə çıxmaq lazımdır ki, həbs hardan qaynaqlanır. Yol polisinin sürücüyə dediyi həbs qərarı rəsmi deyil. Həbsin axırı hara gedib çıxır, bunu araşdırmaq lazımdır.

Bankdan deyildi ki, həbsi məhkəmə qoyur, heç bir qurum özbaşına həbs qoya bilməz:

"Bəlkə sürücü maşınla radara düşüb, ona məktub göndərilib, cavab verməyib və cərimələr toplanıb. Maşın da lizinq olduğuna görə belə qərara gəlib ki, bank qoyub həbsi. Bank rəsmi faktlarla danışa bilər. Rəsmi müraciət yoxdur. Vətəndaş polisdən öyrənsin ki, hansı məhkəmə həbs qoyub. Həbs məktubunu tapsın və araşdırsın. Həbs birdən-birə qoyulmur. Uzun prosesdir. Bizim üçün müştəri ilə anlaşmaq daha rahatdır, nəinki məhkəmə ilə həll etmək. Bəlkə həmin şəxsin hansısa quruma borcu var".

Bankdan məsləhət görüldü ki, bankla bağlı suallar ortaya çıxarsa, vətəndaş Problemlər şöbəsinə müraciət etsin və araşdırılsın.

Qeyd edək ki, bankın adı tez-tez qalmaqallarda xatırlanır. Müştərilər isə "Dəmirbank"ın xidmətlərindən şikayətçidirlər.

Tarix
2014.04.07 / 11:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla