Yuxarı

Soyuqlar yenidən başlayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Soyuqlar yenidən başlayır

Bakı və Abşeron yarımadasında aprelin 8-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova açıqlamasında bildirib ki, səhər bəzi yerlərdə zəif duman olacaq, lakin axşam ayrı-ayrı yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında güclənən cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-7, gündüz 15-20 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, lakin günün ikinci yarısından qərb rayonlarından başlayaraq yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3-8, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Tibbi meteoroloji proqnoza gəlincə, yaxın 3 gün ərzində Abşeron yarımadasında arabir güclənən gilavar və xəzri küləklərinin tez-tez bir-birini əvəz etməsi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər ("Trend").

Tarix
2014.04.07 / 14:06
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident xalqımızın torpaq həsrətinə son qoydu - Qafarov

Dövlət rəsmiləri Zəfər parkında - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım etdi

Rusiyadan Simonyanın Qarabağla bağlı sözlərinə cavab

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla