Yuxarı

Azərbaycan Dil Qurumu: Biz kimin varisiyik? - Müzakirə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycanın yeni tarixi: biz kimin varisiyik" mövzusunda elmi konfrans keçirilib.

"Axar.az" xəbər verir ki, konfransı Xalq şairi, millət vəkili Sabir Rütəmxanlı giriş sözü ilə açıb və Xalq Cümhuriyyətinin, yoxsa Sovet Azərbaycanının varisi olmağımız məsələsi ilə bağlı çıxış edib.

Millət vəkili bildirib ki, hüquqi baxımdan AXC-nin varisi olsaq da, gerçəkdə daha çox Sovet Azərbaycanının varisi kimi davranırıq: "Biz varis olaraq nə AXC-nin ərazisinə sahib çıxdıq, nə dilinə. Halbuki AXC-nin dövlət dili türk dili idi. İndi isə dövlət dilimiz Azərbaycan dilidir".

Sabir Rüstəmxanlının açılış nitqindən sonra AMEA-nın elmi işçisi Faiq Ələkbərov məruzə ilə çıxış edib, türk dili adı ətrafında yaranmış yanlış elmi təsəvvürləri tənqid edib:

""Türkdilli" olmaq nə deməkdir? Bu istilahı ortaya atmaqla sanki bizim türk olmadığımızı isbatlamaq istəyirlər".

Daha sonar tədbirdə Nəsiman Yaqublu, Adil Minbaşı, şair Ramiz Əsgər mövzuyla bağlı fikirlərini bölüşüb.

Ramiz Əsgər öz fikirlərini bu sözlərlə başlayıb: "Həqiqət budur ki, biz əslində Sovet Azərbaycanının varisiyik. Mənəvi baxımdan AXC-nin, hüquqi baxımdan isə faktiki olaraq Azərbaycan SSR-nin varisiyik. Ona görə də biz bu gün türkçülükdənsə azərbaycançılıq ideologiyasını dəstəkləməliyik. Lakin hazırda azərbaycançılıq ideologiyası da formalaşmayıb. Pis odur ki, türkçülük doğru olaraq təbliğ olunmur, azərbaycançılıq isə yanlış olaraq formalaşdırılmayıb və beləliklə milli ideologiya oturuşmayıb".

Daha sonra tədbir iştirakçılarından türkoloq Firudin Ağasıoğlu, tarixçi alim Cəmil Həsənli, filologiya elmləri doktoru Rəhim Əliyev, professor Vaqif Arzumanlı çıxış edib, Azərbaycan Dil Qurumunun belə tədbir keçirməsini alqışlayıb və fikirlərini bölüşüblər.

Tarix
2014.04.08 / 15:13
Müəllif
İsmi Şahzadə
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla