Yuxarı

İcra başçısı etirazçılarla razılaşdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İcra başçısı etirazçılarla razılaşdı

Sabunçu rayon icra hakimi Adil Vəliyev aksiya iştirakçıları ilə görüşüb və ilkin razılıq əldə olunub.

Bu barədə "Axar.az"a evlərinin sökülməsi qarşılığında kompensasiyaların verilməməsinə etiraz olaraq Kürdəxanı yolunu bağlayan sakinlərdən biri məlumat verib. Onun sözlərinə görə, hadisə yerinə polislə bərabər, icra nümayəndələri də gəlib və etirazçıları icra başçısının görüşünə dəvət ediblər.

Görüşdə qəsəbə ərazisindən keçəcək Bilgəh-Sumqayıt Dairəvi yolunun tikintisinə görə plana düşən evlər üçün verilən kompensasiyanın məbləği barədə icra başçısı sakinləri qane edəcək açıqlama verib: "Adil Vəliyev bizə bildirdi ki, evlər bazar qiyməti ilə dəyərləndiriləcək. Hazırda isə bu ərazidə evlərin kvadratmetrinin qiyməti 200-300 manat arasındadır. İcra başçısı həmçinin dedi ki, evlərinin torpaq haqqının icarə vaxtı bitdiyi üçün pul ödənilməyəcəyi bələdiyyə ilə danışılıb, burdakı torpaq sahəmizə uyğun olaraq, müvafiq yerdə hər birimizə torpaq sahəsi də ayrılacaq".

Sakinlər bu təklifi qəbul ediblər.

Tarix
2014.04.09 / 14:17
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla