Yuxarı

Maşınqayırma zavodundakı yanğınla bağlı rəsmi açıqlama - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Maşınqayırma zavodundakı yanğınla bağlı rəsmi açıqlama  - Foto

15:22

Bakıda zavod yanır.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, Balaxanı Maşınqayırma Zavodunda yanğın başlayıb.

Hadisə yerinə Sabunçu Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını cəlb edilib.

Hazırda alovun söndürülməsi istiqamətində iş aparılır.

16:14

Bakıda zavodda baş verən yanğın söndürülüb.

Məlumata görə, yanğın zavodun dam örtüyündə qeydə alınıb.

Yanğın nəticəsində xəsarət alan olmayıb.

Hazıra yanğının baş vermə səbəbləri araşdırılır.

16:55

"Axar.az"ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, 1900-cü ildə inşa edilən "Azneftkimyamaş" ASC Balacanı maşınqayırma Zavodu TASC-ya məxsus binanın tavan taxtaları həddən artıq köhnə olub və ona görə də qısaqapanma dərhal alova çevrilib. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası 120 kv. metrlik sahənin yandığını, hadisə zamanı heç bir xəsarət olmadığını və dəyən ziyanın hesablandığını bildiriblər.

19:15

Bakı şəhərində maşınqayırma zavodunun yaxınlığında yerləşən sexin yanması ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Axar.az" FHN-in rəsmi saytına istinadən bildirir ki, Bakı şəhəri, Sabunçu rayonunda "Azərneftkimyamaş" ASC-yə məxsus maşınqayırma zavodunun ərazisində hal-hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 1500 kv.m olan sexin dam örtüyünün yanar konstruksiyaları 150 kv.m sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 15:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Tarix
2014.04.09 / 19:15
Müəllif
Axar.az
Digər xəbərlər

Oranın azad edilməsi müharibənin taleyində mühüm rol oynadı

Azərbaycan üzərindən Kuşnerə 1 milyard köçürülüb?

Tramp hazırlaşır: İrana hücumun detalları

Azərbaycan və Hindistan XİN rəhbərləri görüşdü

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi

Zəmin hazırlanır: İrana hücum nə vaxt başlayacaq?

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla