Yuxarı

Gəlinsiz qalan bəyin vəziyyəti necə olacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 3-də Ağcabədidə baş verən qeyri-adi olay bütün ölkədə ajiotaja səbəb oldu. Hələ də haqqında danışılan gəlinin toydan qaçma hadisəsinə münasibətlər birmənalı deyil. Əksər hallarda hər kəs qadının tərəfində olsa da, bu dəfə vəziyyət fərqli oldu. Bəs bu vəziyyətdə bəyin hüquqlarını kim və hansı qanun qoruyur və ya qorumalıdır?

Bəyin çəkdiyi xərc geri ödəniləcəkmi?

Hüquqşünas Cəmilə Səmədovanın fikrincə, oğlan qızı qaçırırsa, bu, başqa haldır. Bu zaman bəyə 8-12 il arası həbs müddəti düşür. Amma indiki vəziyyətdə xanıma heç bir cəza vermək mümkün deyil. Hadisədə bəyin heç bir hüququ pozulmayıb. Yeganə olaraq bəyin toya çəkdiyi xərc geri ödənilməlidir.

Hüquqşünas Aytəkin İmranovanın fikrincə isə, hazırda qanunvericilikdə bununla bağlı boşluqlar var ki, onları tənzimləmək mümkün deyil. Bu cür hallarda yalnız bəyin bütün maddi zərəri kompensasiya edilməlidir.

A.İmranova qeyd edir ki, indiki durumda bəyin verdiyi bütün zinət əşyaları, nişanlı vaxtlarda verilən hədiyyələrin hər biri ona geri qaytarılmalıdır.

Qeyd edək ki, çəkilən xərclərin ödənilməsi üçün artıq bəyin anası Zülfiyyə Əliyeva ərizə ilə polis bölməsinə müraciət edib. Onun iddiasına görə, toya ümumilikdə 10 min manata yaxın pul xərclənib. O, dəymiş ziyanın ödənilməsi və qıza verilmiş qızılların geri verilməsini tələb edir.

Məsələ ondadır ki, bu, ölkədə baş verən ilk belə hadisə deyil. Buna bənzər hadisə ötən ay da baş vermişdi. Bakıda "Röya" şadlıq sarayında toy mərasimi keçirilən 1979-cu il təvəllüdlü Yusub gəlini pis vəziyyətdə qoyaraq, mərasimə gəlməmişdi.

Tarix
2013.11.10 / 15:15
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla