Yuxarı

Ermənistana keçən azərbaycanlı peşman olub

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistana keçən azərbaycanlı peşman olub

Ailəsi ilə birlikdə Ermənistanda sığınacaq almış Bakı sakini Cavid Orucov Azərbaycana qayıtmaq arzusundadır.

Üçüncü ölkəyə mühacirət etmək məqsədilə yanvar ayında həyat yoldaşı və üç kiçik yaşlı uşaqları ilə Gürcüstandan Ermənistan sərhədini keçən Cavid artıq peşman olub. Ermənistanda üzləşdiyi problemlər, daha doğrusu kasıbçılıq, işsizlik, pulsuzluq, pis yaşayış şəraiti və təhlükəsizliyin təmin olunmaması onu bu qərara gəlməyə vadar edib. Azərbaycanı bəyənməyib Avropa ölkələrinin birində gözəl həyat arzusu ilə Ermənistana üz tutan Orucovlar ailəsinin gözləntiləri özünü doğrultmayıb.

Orucovlar ailəsi hal-hazırda qaçqınlar yataqxanasında yaşayır və BMT Qaçqınlar Komissarlığının başqa ölkəyə köçürülməsi haqqında qərarını gözləyir. Cavid Orucov BBC Azərbaycancanın İrəvandakı müxbiri Aleksey Manvelyana müsahibəsində vəziyyətindən heç də razı olmadığını bildirib:

"Qaçqınlar üçün mərkəzində yaşayırıq. Əsasən Suriyadan, Afrika ölkələrindən gələn qaçqınlardı burada. İrəvanda sərbəst gəzirəm yoldaşımla. Bir az qorxumuz var, cinayətkar xalqdan qorxuram. Bizim təhlükəsizliyimiz təmin olunmayıb burada. Qaçqın olaraq da heç bir yardım olunmur. Öz hesabıma dolanıram. Nə aylıq hesab görürəm, nə də bir qəpik. Bütün qaçqınlar öz hesablarına yaşayırlar. Kömək edən yoxdur. Qaçqınların məsələlərinə baxan idarəyə getdim, qapıdan içəri buraxmadılar. Belə yaşamaq çətindi. Belə getsə ailəmi Ermənistan hökumətinə tapşırıb, özüm Azərbaycana qayıdacam. Burada işləyə də bilmərəm. Ümumiyyətlə burada bizimlə maraqlananlar yoxdu. Hələ pasport da almamışıq..." (ANS).

Tarix
2014.04.13 / 14:57
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

İlham Əliyev Corciya Meloni ilə söhbətləşdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla