Yuxarı

Ağacların kəsilməsi ilə bağlı cinayət işi açıldı - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağacların kəsilməsi ilə bağlı cinayət işi açıldı - Rəsmi

Nəbatat bağında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan araşdırmada qanunsuzluq aşkar edilərək Səbail rayon Polis idarəsinə müraciət olunub.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqif Mirzəyev məlumat verib.

Nazirlik rəsmisi Nabatat bağında 40-a yaxın ağacın kəsildiyini bildirərək, ərazidə baş vermiş qanunsuzluğu belə izah edib:

"Nəbatat bağında ağacların kəsilməsi "Torpaq sahələri ayrılmasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılması haqqında" Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli o cümlədən "Meşə fonduna aid olmayan ağac və kol bitkilərinin mühafizəsi, istifadəsi və qorunması haqqında" 19 sentyabr 2005-ci il tarixli qərarlarına tamamilə ziddir".

Xatırladaq ki, prezident İlham Əliyev aprelin 13-də Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ağacların qanunsuz olaraq kəsilməsinə sərt təpki verib. Dövlət başçısı bunun vicdansızlıq, biabırçılıq və cinayət olduğunu bildirib ("Aktual.az").

Tarix
2014.04.16 / 12:30
Müəllif
Axar.az
Digər xəbərlər

Ölkə başçıları mətbuata bəyanatlarla çıxış etdilər

İran Ərəbistanı bu sözlərlə hədələdi – İnanılmaz

Məsələ dindirmi: Azərbaycanda nə baş verir? - Ağar

Keyfiyyətli təhsilə nail olmaq istəyiriksə... - Deputat

İlham Əliyevlə Hun Manet arasında geniş tərkibdə görüş...

Bakının bunda maraqları var - Rusiyadan baxış

Azərbaycan və Kambocanın birinci xanımları görüşdü

Nəsimi Musayevə görə Qriqoryan da işdən qovuldu

Quma bağlı mərkəzlər Azərbaycana qarşı hərəkətə keçdi

Azərbaycan-Kamboca sənədləri mübadilə olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla