Yuxarı

Pul sistemə yox, sürücüyə ödənir - Qanun pozuntusu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pul sistemə yox, sürücüyə ödənir - Qanun pozuntusu

Kart sistemi tətbiq edilən marşrut xətlərində gediş haqqının nağd şəkildə ödənilməsi qəti qadağandır.

Bu sözləri Bakı Nəqliyyat agentliyinin mətbuat xidmətinin rəhbəri Mayis Ağayev kart sistemi ilə işləyən avtobuslarda sürücülərin ödənişi nağd şəkildə qəbul etməsi ilə bağlı Axar.az-a açıqlama verərkən deyib.

O bildirib ki, belə halların baş verməsinə həm Bakı Nəqliyyat Agentliyi, həm də daşıyıcılar cavabdehdir:

“Bu cür faktların aşkarlanması qanun pozuntusu olmaqla yanaşı, həm də onu göstərir k, sürücü işlədiyi qurumu aldadır. Belə bir hal Nəqliyyat Agentliyi tərəfindən aşkarlanırsa, əvvəlcə daşıyıcıya məlumat verilir, bundan sonra sürücü haqqında lazımi cəza tədbirləri görülür. Əgər bu hal daşıyıcınının göstərişi ilə həyata keçirilirsə, bu zaman daşıyışı ilə bağlı tədbirlər görülür. Kart sistemi ilə işləyən bütün avtobuslarda nəzarət kamerası var. Buna isə daşıyıcılar nəzarət edir. Dəfələrlə bu cür hallar müşahidə olunub və həmin sürücülərə lazımi cəzalar verilib”.

Qeyd edək ki, hazırda kart sistemi 1, 2, 3, 5, 6, 8, 13, 14, 18, 21, 61, 65, 79, 85, 88, 96 və 125 saylı marşrut xətlərinə tətbiq olunur.

Tarix
2017.03.03 / 10:13
Müəllif
Turanə Məmmədli
Digər xəbərlər

Yeni ombudsman bu gün seçiləcək

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla