Yuxarı

Millət vəkilinin özəl günü – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin ən fəal millət vəkillərindən olan Qənirə Paşayevanın ad günüdür.

Yeni yaşına qədər qoyan millət vəkili ad günü təəssüratlarını Axar.az-la bölüşüb.

Qənirə Paşayeva doğum gününün onun üçün adi günlərdən biri olduğunu qeyd edib:

“Doğum günlərini özəl gün hesab etmirəm. Hər bir insanın və dostların təbriki mənim üçün çox dəyərlidir. Təbrik edən hər kəsə öz təşəkkürümü bildirirəm”.

Qənirə Ələsgər qızı Paşayeva 1975-ci il martın 7-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitib.

1998-ci ildən ANS-in “Xəbərlər xidməti”ndə bir sıra vəzifələrdə çalışdıqdan sonra redaksiyanın baş redaktor müavini olub. 2005-ci ildən isə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsində çalışıb.

Eyni ildə Milli Məclisə üzv seçilib. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan-Gürcüstan, Azərbaycan-Hindistan, Azərbaycan-Türkiyə, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

10 illik millət vəkili fəaliyyəti dövründə Azərbaycanın AŞPA və AVRONEST-dəki nümayəndə heyətinin üzvü kimi ölkəmizin tanıdılması, Qarabağ həqiqətlərinin dünyada daha geniş yayılmasında böyük xidmətləri olub.

Xüsusilə son zamanlar Türkiyənin bir çox şəhərlərində Xocalı soyqırımı və Qarabağ həqiqətləri ilə bağlı apardığı genişmiqyaslı təbliğat diqqəti daha çox cəlb edir.

“Nobel mükafatlı qadınlar”, “Tarixə adını yazan qadınlar”, "Xocalı soyqırımı (26 fevral 1992): şahidlərin dilindən", "Qarabağ hekayələri" və s. Kitabların və onlarla məqalənin müəllifidir.

Həmkarları Qənirə xanımdan nə dedi?

Aydın Mirzəzadə: “Qənirə xanım vətənpərvər, işinə çox məsuliyyətlə yanaşan, insanlarla çox sıx təmasda olan ziyalılarımızdan biridir. Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılmasında əməyi böyükdür. Onu ürəkdən təbrik edir, uğurlar arzu edirəm. Qənirə xanım kimi ziyalılarımız Azərbaycan xalqının problemlərinin həllində və ağrılı məsələlərin gündəmdə saxlanılmasında böyük rol oyanırlar”.

Jalə Əliyeva: “Birinci növbədə dünyaya belə layiqli, ləyaqətli, xalqını, dövlətini ürəkdən sevən, vətənpərvər bir övlad gətirdiyi üçün Qənirə xanımın anasını təbrik edirəm. Həmkarıma bu günə qədər Azərbaycanın adına əldə etdiyi bütün işlərində və bundan sonrakı fəaliyyətində ona uğurlar arzu edirəm. Ona şəxsi həyatında ancaq xoşbəxtlik nəsib olsun”.

Asim Mollazadə: “Qənirə xanımı təbrik edir, həyatında və bütün işlərində müvəffəqiyyətlər arzu edirəm. Onun fəaliyyəti bir sıra sahələrdə xalqımız və ilk növbədə onun seçiciləri üçün çox zəruridir”.

Fəzail Ağamalı: “Qənirə Paşayeva bu gün Azərbaycanın ictimai-siyasi həyatında fəal rol oynayan xanımlarımızdan biridir. Qənirə xanımın ad günü 8 Mart Qadınlar Bayramı ərəfəsinə düşür. Bu gün onun üçün ikiqat bayramıdır. Onu hər iki özəl gün münasibətilə təbrik edirəm. Arzu edirəm ki, xoşbəxt yaşasın, can sağlığı ilə ömrünün ən yüksək zirvələrinə qalxsın”.

Axar.az kollektivi olaraq Qənirə xanımı təbrik edir, gələcək fəaliyyətində ona uğurlar arzu edirik!

Tarix
2017.03.07 / 13:10
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla