Yuxarı

Dəhşətli qəzaya YAP-çı deputatdan – Reaksiya

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dəhşətli qəzaya YAP-çı deputatdan – Reaksiya

Bu gün səhər Bakı-Sumqayıt yolunda baş vermiş avtomobil qəzası və beş nəfərin həlak olması xəbəri hər kəsi sarsıtdı.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Aydın Mirzəzadə yazıb. Deputat bildirib ki, həm həlak olanların, həm 20 nəfər yaralının gənc, tələbə olması çox ciddi hadisədir:

“Hadisə göstərdi ki, sərnişin daşınması məsələsinə ciddi diqqət ayrılmalıdır. Bakıdan Sumqayıta və şəhərətrafı qəsəblərə işləyən bütün avtobusların sazlığı yoxlanmalı, tələblərə cavab verməyənlər marşrutlardan kənarlaşdırılmalıdır. Avtobusların konstruksiyalarında dəyişiklərə yol verilməməli, bunu edənlər ciddi pul cəriməsinə məruz qalmalıdır.

Yük avtomobillərinin özbaşına sərnişin avtobuslarına çevrilməsi cinayət əməli kimi qiymətləndirilməli, sürücülərə qarşı tələblər sərtləşdirilməlidir. Marşrutlarda ancaq yeni avtobusların işləməsi məsələsi ciddi şəkildə tələb edilməlidir.

İnsanlarımızın, xüsus ilə gənclərimizin başısoyuqluq nəticəsində dünyasını dəyişməsi hallarına qarşı sərt mövqe tutmalıyıq”.

Millət vəkili qəzada ölənlərin ailələrinə bağsağlığı diləyib.

Tarix
2017.03.09 / 14:58
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla