Yuxarı

Bakıda fəhlə maşının altında can verdi – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda fəhlə maşının altında can verdi – Video

Paytaxtın Xətai rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Axar.az ARB TV-yə istinadən xəbər verir ki, hadisə Nobel prospektində qeydə alınıb.

“Mersedes” markalı avtomobil piyada keçidinin olmadığı ərazidə yolu keçən Tovuz rayon sakini 23 yaşlı Elsevər Mahmudzadəni vurub. Zərbənin gücündən piyada yan tərəfdə hərəkət edən “Mercedes”in ön şüşəsinə çırpılıb və nəticədə dünyasını dəyişib.

Hadisə yerinə Xətai Rayon Polis İdarəsi və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları cəlb olunublar.

Araşdırma zamanı məlum olub ki, tikintidə fəhləliklə məşğul olan Elsevər Mahmudzadə, paytaxtda qohumları ilə birlikdə kirayədə yaşayırmış. O, axşam işdən çıxıb evə gedərkən qəzaya düşüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Tarix
2017.03.09 / 18:12
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyev Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla