Yuxarı

“Vikipedianın milli qanunla tənzimlənməsi real deyil”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Vikipedianın milli qanunla tənzimlənməsi real deyil”

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında Vikipedia internet resursu ilə bağlı narazılıq ifadə olunub.

APA-nın xəbərinə görə, deputat Qənirə Paşayeva deyib ki, Vikipediada Azərbaycanın tanınmış şəxsiyyətləri, coğrafi yer adları, bölgələri və sair məsələlərlə bağlı təhrif olunmuş məlumatlar yayılır: “Sanki tariximiz qəsdən saxtalaşdırılır. Bunun qarşısı alınmalı, bu məsələ hüquqi yollarla tənzimlənməlidir".

Deputat domenlərlə bağlı ortaya çıxan problemlərdən narahatlığını da bildirib: “Azərbaycanı istəməyən qüvvələr, dairələr bundan ölkəmizə qarşı yararlanmağa, öz çirkin məqsədlərini bu yolla da gerçəkləşdirməyə çalışır”.

Deputat Vüsal Hüseynov isə bildirib ki, Vikipediada hər kəs məlumatı redaktə edə bilər:

“Bu problemlərlə hüquqi yollarla mübarizə aparmaq imkanları məhduddur. Ona görə bu məsələ ilə geniş ictimaiyyət məşğul olmalıdır. Vikipediada məlumatların mühafizəsi funksiyası var. Bir məlumatı mühafizə etsən, onu sonradan redaktə etmək çətin olar”.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəliyev bildirib ki, son dövrlərdə Vikipediaya mötəbər mənbə kimi istinad edilmir. Çünki Vikipediada qədər təhriflərə yol verilir ki, bunların düzgünlüyünü sübut etmək çətinləşir: “Vikipediada istifadəçinin yaratdığı mənbə var. Bunun üçün milli səviyyədə hər hansı qanunun qəbulu və qanunla tənzimlənməsi real görünmür. “Vikipediya”da Azərbaycan haqqında doğru məlumatların sayını çoxaltmalıyıq ki, axtarış zamanı Azərbaycanın həqiqətlərinə uyğun məlumatlar çıxsın. Eyni zamanda həqiqətə uyğun olmayan məlumatlara qarşı mübarizəmizi aparmalıyıq. Onların təhrif olunmasının qarşısını almalıyıq”.

Tarix
2017.03.10 / 14:16
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla