Yuxarı

Xəzərdə təhlükə ilə üzləşən balıqçıların adları açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəzərdə təhlükə ilə üzləşən balıqçıların adları açıqlandı

16:28

Xəzərdə balıqçı qayığı çevrilib.

FHN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə sahildən 150 km dənizdə balıq tutmaq məqsədi ilə çıxan balıqçıların qayığının çevrilməsi məlumatı daxil olub.

Dərhal nazirliyin Aviasiya Dəstəsinin 1 helikopteri hadisə yerinə cəlb edilib, batmaq təhlükəsi ilə üzləşmiş 4 balıqçını xilas edərək sahilə gətirir.

18:43

Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşən balıqçılarla bağlı yeni məlumat yayıb.

Axar.az FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə sahildən 150 km uzaqda dənizə balıq tutmaq məqsədi ilə çıxan balıqçıların qayığının deşilərək içərisinə su dolması və batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Aviasiya Dəstəsinin 1 ədəd helikopteri xilasedicilər qrupu ilə birlikdə hadisə yerinə cəlb edilib.

Görülmüş operativ xilasetmə əməliyyatı nəticəsində balıqçılar - Əliyev Nəbi Abdulla oğlu, Axundov Loğman Ərəstun oğlu, Əliyev Azər Nəbi oğlu və Quliyev Bəxtiyar Aydın oğlu xilas olunub.

Balıqçılar FHN-in Aviasiya Dəstəsinin helikopteri ilə sahilə gətirilib.

Tarix
2017.03.10 / 18:43
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla