Yuxarı

Yəhudi qadınlar Memorial Kompleksi ziyarət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yəhudi qadınlar Memorial Kompleksi ziyarət etdi

Bu gün ABŞ-ın “Salaam Şalom Qardaşlığı” antisemitizm və islamafobiyaya qarşı mübarizə aparan yəhudi və müsəlman qadınlardan ibarət təşkilatın üzvləri Quba Soyqrımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət ediblər.

APA-nın məlumatına görə, qonaqlara ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım barədə məlumat verilib.

Bildirilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar olunub. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Həmçinin Quba Soyqırımı Memorial Kompleksinin Heydər Əliyev Fondunun dəstəyi ilə yaradıldığı və 2013-cü il sentyabrın 18-də açılışı olduğu barədə ətraflı məlumat verilib. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

Qonaqlar xatirə kitabına ürək sözlərini yazıblar.

Təşkilat üzvləri Qubada dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbə də olub. Qəsəbədəki yəhudi qəbiristanlığını ziyarət edən qonaqlar ardınca “Altı günbəz” sinaqoquna gəliblər. Qonaqların diqqətinə çatdırılıb ki, Qırmızı qəsəbədə məskunlaşan yəhudilər uzun illərdir öz adət-ənənələrini yaşadırlar. Burada yəhudilərin dini icması və milli mədəniyyət mərkəzi fəaliyyət göstərir. “Salaam Şalom Qardaşlığı” təşkilatının üzvləri Qırmızı qəsəbədə yəhudilərin hər il qeyd etdiyi Purim bayramı şənliyində də iştirak ediblər.

Eyni zamanda təşkilat üzvləri Qubadakı zəngin memarlıq üslubuna malik, 1802-ci ildə tikilən Cümə məscidində və xalçaçılıq müəssisəsində olublar.

Tarix
2017.03.12 / 20:12
Müəllif
Axar.az
Digər xəbərlər

Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir?

Bakı və İrəvanın bu addımı dünya üçün nümunədir - Bəyanat

Bakı, İrəvan və Vaşinqton Birgə Bəyanat yaydı

Taleh Avropada “nümayəndəlik” açdı: Kimlər himayə edir?

Azərbaycan Kolumbiyaya başsağlığı verdi

Məmurların adından “təcili” pul istəyirlər - DTX

Trampın İranla bağlı sualına İlham Əliyevin cavabı...

Ermənistan bazarı tərk etdi: Bakı milyonlar qazanır

Azərbaycan XİN Ekvadoru təbrik etdi

Litvanın baş naziri İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla