Yuxarı

Villaları qarət edən dəstə saxlanıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Villaları qarət edən dəstə saxlanıldı - Video

Villaları qarət edən dəstə saxlanılıb.

Axar.az Xəzər xəbər-ə istinadən bildirir ki, hadisə Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində baş verib. Çoxsaylı zərərçəkmişlər Rayon Polis İdarəsinə məlumat veriblər ki, evdə olmadıqları vaxt mənzillərindən xeyli məişət avadanlıqları oğurlanıb.

Hadisə yerlərində araşdırmaya başlayan polis əməliyyat qrupu yaradaraq cinayətkarların izinə düşüb. Çox çəkməyib ki, hadisələri törətməkdə şübhəli bilinən 4 nəfərdən ibarət dəstəni yaxalayıb. Onlar 24 yaşlı Ramil Abdullayev, 29 yaşlı Namiq Abışov, 28 yaşlı Ramil Kərimov və 19 yaşlı Amal Qəmbərovdur.

İlkin dindirmə zamanı saxlanılan şəxslər Mehdiabad, Fatmayı, Goradil kəndi ərazilərində 15-dən çox evdən oğurluq etdiklərini deyiblər. Onlar müxtəlif vaxtlarda evlərdən qızı-zinət əşyaları və xeyli televizor oğurlayıblar. Oğurluq təklifi isə dəstə üzvlərinə Namiq Abışovdan gəlib. O, bütün oğurluqlarda iştirak edib. Və evlərə özü daxil olub.

Həmin şəxslər əlbir olub oğurladıqları əşyaları dəyərindən ucuz qiymətə satıblar. Pul isə 4 nəfər arasında ata malı kimi bölünüb.

Faktla əlaqədar Abşeron Polis İdarəsində Cinayət Məcəlləsinin oğurluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanıb, istintaq gedir.

Tarix
2017.03.13 / 00:07
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla