Yuxarı

Türkiyəni təxribata çəkmək istəyirlər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyəni təxribata çəkmək istəyirlər

Biz partya olaraq Niderlandın Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazə verməməsini və Ailə və Sosial Siyasət naziri Fatma Betül Sayan Qayanın Türkiyənin Rotterdamdakı konsulluğuna buraxılmayaraq ölkədən çıxarılmasını qınayırıq və bunun heç bir beynəlxalq hüquqa sığmadığını düşünüruk.

Bunu Axar.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, bu gün Avropada türkofobiya siyasətini aparmaq birmənalı olaraq pislənilməlidir:

“Bu günə qədər özlərini demokratiyanın beşiyi sayırdılar. İnsan hüquqlarının qoruyucusu, demokratik, ali dəyərlərin daşıyıcısı, təminatçısı olduğunu söyləyən ölkələrin demokratik prinsiplərə, dəyərlərə barmaqarası baxdıqlarının şahidi oluruq. Guya demokratiyanı müdafiə adı altında insanların sərbəst toplaşmaq azadlıqlarını məhdudlaşdırırlar. Türk insanına qarşı itlərlə çıxırlar. Dinc insanlarla amansız davranırlar. Nədən beynəlxalq insan hüquqları susur?! Niyə “Freedom Hous” və ya “Human Rayts Vatç” kimi xarici təşkilatlar Hollandiyada polis vəhşiliyi, insan hüquqlarının tapdalanması, irqçiliyin və faşizmin baş qaldırması barədə tənqidi bəyanat yaymırlar?! Bəs bu təşkilatlar insan hüquqlarının müdafiəçisi deyildi?! Göründüyü kimi, ortada ikili standart mövcuddur”.

Niyaməddin Orduxanlı hesab edir ki, Türkiyə hökumətinə qarşı bu addımların Türkiyə-Rusiya münasibətlərinin normallşamasından sonra baş verməsi təsadüfü deyil:

“Türkiyə dövlətinin Rusiya ilə əlaqələrinin normallaşmasından sonra Qərb və Avropanın Türkiyəyə münasibəti kəskinləşdi. Məncə, bu amil də çox böyük rol oyanayır. Bütün bunları qardaş Türkiyə rəsmiləri nəzərə almalıdır və bu cür təxribatlara emosional və kəskin reaksiyalar verməməlidir. Çünki Avropa ilə münasibətlərin tamamilə korlanması Türkiyənin dövlət maraqlarına cavab vermir”.

Partiya yetkilisi Türkiyənin təxribata çəkildiyini və Ankaranın bu təxribatlara getməyəcəyinə əmin olduğunu vurğulayıb.

Tarix
2017.03.14 / 12:31
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla