Yuxarı

Xırdalanda faciə: Bir ailə məhv oldu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:58

Xırdalan şəhərində dəhşətli hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Xırdalan şəhəri, 28-ci məhəllə, bina 6 ünvanında qeydə alınıb.

Həmin ünvanda kirayədə yaşayan 5 qız dəm qazından zəhərlənərək ölüb. Onların hamısının tələbə olduğu bildirilir.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib.

***

Xırdalanda dəm qazından boğulan qızlarla bağlı yeni detallar məlum olub.

Hadisə şahidlərinin bildirdiyinə görə, evdən heç kəsin çölə çıxmadığını görən qonşular dərhal polisə müraciət ediblər.

Hadisə yerinı gələn polislər qapını qıraraq içəri daxil olublar. Evdə beş qızın öldüyü bəlli olub.

Meyitlərin təcili yardım maşını ilə morqa aparıldığı xəbər verilir.

Dəm qazından boğulan beş nəfərin kimliyi məlum olub.

Ölənlər Nübar Musayeva, Mələk Abbasova, Tutanə Xanlayeva, Lamiyə Xanlayeva və Aytən Musayevadır.

Zərərçəkənlərdən 4-ü balakən, 1-i isə Cəlilabad sakinləri olub.

***

Yatdıqları yerdə dəm qazının qurbanı olan həmin şəxslər Balakən rayon sakini, 1974-cü il təvəllüdlü Nübar Fazil qızı Musayeva və onun qızları, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı və 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızıdır. L.Xanlayevanın da Gəncədə təhsil aldığı deyilir.

Lent.az-ın məlumatına görə, Turanə Xanlayeva Xırdalanda kollecdə təhsil alırmış. Ana Nübar Musayeva ötən gün böyük qızı Lamiyəni Bakıya xəstəxanaya gətiribmiş. Xəstəxanadan qayıtdıqdan sonra isə Xırdalanda qızının kirayədə yaşadığı evdə gecələmək istəyib və o gecə bir ailənin son gecəsi olub.

Xanlayevalar ailəsinin başçısı Vahid Xanlayev də hələ bir neçə il əvvəl dünyasını dəyişib. O da bildirilir ki, ailənin dünyasını dəyişən qızlardan başqa övladı olmayıb. Beləcə, bir ailə bir gecənin içində yox oldu.

Tarix
2017.03.15 / 16:29
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp istədi, AB əməl edir: Rusiyadan idxal dayandırılır...

Bayramov Marta Kos ilə bölgədəki vəziyyəti müzakirə etdi

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla