Yuxarı

Bu maddənin ölkəyə gətirilməsi cəhdinin qarşısı alındı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu maddənin ölkəyə gətirilməsi cəhdinin qarşısı alındı

Biləsuvar Gömrük İdarəsinin əməkdaşları psixotrop maddənin gömrük nəzarətindən gizlədilmiş şəkildə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, idarənin gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşının idman çantasındakı əşyalara baxış keçirilib.

Baxış zamanı, çantanın ön cibindəki diş məcununun içərisində 4 ədəd bükümdə, cəmi 39 ədəd buprenorfin adlı həb aşkar olunub.

Xatırladaq ki, buprenorfin adlı həb "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr"in II Siyahısına daxildir və 39 həbdə buprenorfinin təsiredici maddəsinin ümumi miqdarı 0,078 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2017.03.16 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla