Yuxarı

Sarkisyan Türkiyəni üzr istəməyə çağırdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sarkisyan Türkiyəni üzr istəməyə çağırdı

Ermənistan prezidenti Serj Sərkisyan xalqa müraciət yayıb.

Məlumata görə, qondarma erməni soyqırımının 99-cu ilində xalqa səslənən Sərkisyan Türkiyəni 1915-1923-cü illər arasında Osmanlı imperiyasında baş verənlərə görə üzr istəməyə çağırıb: "Osmanlı imperiyasının varisi olan Türkiyə bu faktı dandıqca soyqırımını başa catmış saymaq mümkün deyil. Yalnız cinayətin etirafı və pislənməsi oxşar hadisələrin qarşısını ala bilər. Biz soyqırımının 100 illiyi ərəfəsindəyik. Bu, Türkiyəyə üzr istəmək və tarixi ləkəni üstündən silmək şansı verir".

Dövlət başçısı ermənilərin Türkiyə cəmiyyətini düşmən qismində görmədiyini vurğulayıb: "Biz o ağır günlərdə öz həyatını təhlükəyə ataraq çoxsaylı ermənini qırğından xilas edən türkləri unutmuruq. Hər cəmiyyət, o cümlədən türklər insan həyatını qurtaran, soyqırımına qarşı çıxan əcdadları ilə fəxr etməlidir".

Sərkisyan Türkiyəni Ermənistanla sərhədləri açmağa, normal qonşuluq münasibətləri qurmağa səsləyib.

Saxta soyqırımı iddialarına görə, 1915-ci ildən 1923-cü ilə kimi Türkiyədə 1 milyon 500 min nəfər erməni öldürülüb. Olayların 1915-ci il aprelin 24-də Osmanlı imperiyasının paytaxtı İstanbulda erməni ziyalıların kütləvi həbsi və daha sonra öldürülməsindən başladığı iddia olunur. /Media forum/

Tarix
2014.04.24 / 10:30
Müəllif
Axar.az
Digər xəbərlər

20 min manatlıq limit ləğv edildi

Yaponiya onu Azərbaycana səfir göndərdi

Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu

Prezident və xanımı Bakıda sərgidə... - Foto

Bakı bu məsələdə İrəvanla əməkdaşlıq etməyəcək

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Erməni bacılar Bakıya gəldi - Video

Sərkisyan çıxış edərkən neçə müsəlman lideri zalı tərk edib?

MM Anım Günü ilə əlaqədar Bəyanat qəbul etdi

Milli Məclisin iclası başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla