Yuxarı

Kəmaləddin Heydərov iranlı nazir ilə görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kəmaləddin Heydərov iranlı nazir ilə görüşdü - Foto

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov martın 16-də İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

FHN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Kəmaləddin Heydərov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin İran İslam Respublikasına son səfəri ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə təkan verib.

Ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərdən də ətraflı bəhs edən nazir vurğulayıb ki, qonşu və dost İranın müvafiq hökumət qurumları ilə əməkdaşlığın böyük perspektivləri mövcuddur.

Səmimi qəbula görə təşəkkürünü bildirən nazir Mahmud Vaezi son illər İranla Azərbaycan arasında əlaqələrin bütün sahələrdə güclənməsindən məmnunluğunu ifadə edib.

İranlı nazir qeyd edib ki, onun təmsil olunduğu hökumət fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır.

Tarix
2017.03.16 / 17:50
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla