Yuxarı

Prezident yeni universitetə rektor təyin etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident yeni universitetə rektor təyin etdi

Havar Əmir oğlu Məmmədov bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Mühəndislik Universitetinin rektoru vəzifəsinə təyin olunub.

Axar.az xəbər verir ki, texnika elmlər doktoru, professor Havar Əmir oğlu Məmmədov 1968-ci ildə Azərbaycan Politexnik İnstitutunun bitirib. 1973-1975-ci illərdə AzPİ-nin Komsomol Komitəsi katibinin müavini, 1980-1983-cü illərdə Partiya Komitəsi katibinin müavini, 1983-1984-cü illərdə isə institutun Partiya Komitəsinin katibi olub.

H.Ə.Məmmədov 1984-1989-cu illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin “Elm və təhsil müəssisələri” şöbəsində təlimatçı vəzifəsində işləyib.

O, 1989-1991-ci illərdə AzPİ-nin axşam və qiyabi təhsil üzrə prorektoru, 1991-1993-cü illərdə tədris işləri üzrə prorektoru, 1993-1996-cı illərdə AzTU-nun “Elektron hesablama aparatlarının istehsalı və konstruksiyaları” kafedrasının, 1997-2000-ci illərdə “Telemexanika və nəqliyyatın avtomatlaşdırılması” kafedrasının, 2000-ci ildən hal-hazıra qədər “Avtomatika və idarəetmə” kafedrasının müdiri vəzifələrində çalışır.

Professor H.Ə.Məmmədov 2000-ci ildən 2016-cı ilə qədər Azərbaycan Texniki Universitetinin rektoru olub. O, eyni zamanda ixtisaslaşdırılmış D02.031 dissertasiya şurasının sədridir.

2011-ci ildə “Şöhrət” ordeninə layiq görülüb, əməkdar elm xadimidir.

Qeyd edək ki, Bakı Mühəndislik Universiteti 8 noyabr 2016-cı ildə prezident sərəncamı ilə yaradılıb.

Tarix
2017.03.16 / 22:18
Müəllif
Axar.az
Digər xəbərlər

Vəzifəsindən azad olunan polkovnik Əsədova yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla