Yuxarı

ANAMA növbəti yoxlanışını keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ANAMA növbəti yoxlanışını keçirdi

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri martın 17-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzinin məlumatına əsasən, Ağcabədi rayonunun Kəhrizli kəndində bir evə və həyətyanı sahəyə baxış keçiriblər. Axtarış zamanı aşkar edilmiş “F-1” əl qumbarası zərərsizləşdirilməsi üçün götürülüb. Beş yüz kvadratmetr ərazi yoxlanılıb.

ANAMA-dan Axar.az-a bildiriblər ki, yanvarın 1-dən martın 17-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 6 otlaq sahəsinə, 6 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 157 evə və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza və körpü ərazisinə, istirahət mərkəzinə, qəbiristanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib. Cəmi 1992 partlamamış hərbi sursat, tank əleyhinə 73 mina və piyada əleyhinə 8 mina aşkar olunaraq zərərsizləşdirilib. Ümumilikdə 1 milyon 235 min 209 kvadratmetr ərazi (465 min 217 kvadratmetr əl ilə, 336 min 700 kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr “Sensys” dərinlik ölçən cihazı və 320 min 292 kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb.

Tarix
2017.03.17 / 19:20
Müəllif
Axar.az
Digər xəbərlər

Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla