Yuxarı

DYP Bakıdakı tıxacın səbəblərini açıqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DYP Bakıdakı tıxacın səbəblərini açıqladı

Bu gün səhər saatlarında Bakı şəhərinin bəzi küçə və prospektlərində müşahidə olunan tıxacın səbəbləri açıqlanıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Reporta açıqlamasında bildirib ki, Novruz bayramına hazırlıqla əlaqədar hazırda şəhərin mərkəzinə doğru avtomobillərin hərəkət istiqamətinin dəyişməsi bir qədər sıxlıq yaşanmasına səbəb olub:

"Bu proses çox uzun müddət çəkmir. Ərazi üzrə əməkdaşlarımız qısa müddətdə təhlükəsizliyin təmin edilməsi və hərəkətin bərpası ilə bağlı vəziyyəti tənzimləyirlər. Məqsədimiz də bayram şənliklərində təhlükəsizliyi təmin etməkdir".

Şöbə müdiri deyib ki, tıxacın yaranmasının xüsusi bir səbəbi yoxdur:

"Bayram ərəfəsidir və bayrama böyük hazırlıq işləri gedir. Sabahdan möhtəşəm bayram şənliklərinin keçirilməsi ilə əlaqədar şəhərin mərkəzi küçələrdə son tamamlama işləri aparılır. Bundan əlavə, ölkədə çoxlu turistlər, yüksək çinli qonaqlar, şəhərin mərkəzində əhəmiyyətli tədbirlər var. Həmçinin paytaxtın mərkəzindən bölgələr istiqamətində hərəkət edən nəqliyyat vasitələri çoxdur".

Tarix
2017.03.18 / 11:08
Müəllif
Axar.az
Digər xəbərlər

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla