Yuxarı

Şeyx görüş keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şeyx görüş keçirdi

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə aprelin 24-də Türkiyə Cümhuriyyəti Diyanət İşləri Başkanının müavini prof. dr. Mehmet Əmin Özavşarı və onu müşayiət edən nümayəndə heyətini qəbul etmişdir.

"Axar.az" Qafqaz Müsəlmanları İdarəsinin rəsmi saytına istinadən xəbər verir ki, nümayəndə heyətinin tərkibində Diyanet Başkanlığı xarici əlaqələr şöbəsinin müdiri Prof. dr. Mehmet Paçaçı və Diyanət İşləri Başkanının Quran Mətnlərinin şərhi və Qiraəti qurumunun rəhbəri Hafiz Osman Şahin Şeyxülislam A. Paşazadənin qəbulunda oldular. Qardaş ölkənin təmsilçiləri Qafqazın mənəvi mərkəzi olaraq dəyərləndirdikləri Azərbaycana səfərə hər zaman böyük önəm verdiklərini bildirdilər. Şeyxülislam A. Paşazadənin dini lider olaraq Azərbaycan-Türkiyə mənəvi əlaqələrinin inkişafına verdiyi töhfələri xüsusi vurğulayan qonaqlar QMİ ilə Türkiyə Cümhuriyyəti Diyanət İşləri Başkanlığı arasında əlaqələrin yüksək səviyyəsindən razılıqlarını bildirdilər. Səmimi şəraitdə keçən görüşdə həmin əlaqələrin bundan sonra da qorunub saxlanılması, qardaş xalqlarımızın ümumi mənafeləri naminə daha da inkişaf etdirilməsi istiqamətində görüləcək işlər müzakirə olundu.

Görüşün sonunda xatirə hədiyyələri təqdim olundu

Tarix
2014.04.24 / 23:06
Müəllif
Axar.az
Digər xəbərlər

Araz Nəsirov vəzifəsindən azad olundu

Azərbaycan 19 ölkənin adından çağırış etdi

Türkiyə ilə İsrail arasında münaqişə olsa... - Tramp

Azərbaycanla bu ölkə arasında ilk məsləhətləşmələr keçirildi

Elektron müraciətlərlə bağlı dəyişikliklər qüvvəyə minir

Məktəb uşaqları həyata, yoxsa imtahanlara hazırlayır?

Prezidentdən bu dövlət qulluqçularını sevindirəcək qərar

İlham Əliyevdən mühüm fərman: Daha iki idarə yaradılır

"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı

Bu institut ləğv edilir - Qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla