Yuxarı

Kamerunluların meyiti ölkələrinə göndərildi - 3 ay sonra

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dəm qazından zəhərlənərək ölən kamerunluların cəsədləri, nəhayət ki, ölkələrinə göndərilib.

Musavat.com xəbər verir ki, ölən 5 kamerunludan 4-nün cəsədi bu ilin yanvar ayının 2-dən Bakıda saxlanılırdı. Onlardan yalnız birinin valideyni hadisədən sonra Bakıya gələrək övladının nəşini Kameruna apara bilmişdi. Onlardan Njonyoh Nans Ekumun atası Bakıya gələrək övladının meyitini ölkəsinə aparmışdı.

Bir neçə gün əvvəl isə digər meyitlər də Kameruna yola salınıb.

Bu vaxta qədər meyitlərin Bakıda morqlardan birində saxlanmasının səbəbi isə ailələrin maddi imkansızlığı idi. Ailələr Bakıya gəlmədikləri halda meyitlərin Kameruna göndərilməsi üçün 6500 dollar tələb edilirdi.

Əldə eydiyimiz məlumata görə, meyitlərin ölkələrinə yola salınması ailələrin müraciətləri əsasında baş tutub. Xərclərin kim tərəfindən qarşılanması isə dəqiq bilinmir.

Xatırladaq ki, Bakının Yasamal rayonunda mənzildə 5 Kamerun vətəndaşının meyiti tapılmışdı.

Hadisə bu il yanvarın 2-də baş vermişdi. Onlardan 4-ü həvəskar futbolçu, biri isə Texniki Universitetin tələbəsi olub.

5 əcnəbinin meyiti həmvətənləri olan digər tələbənin polisə məlumat verməsindən sonra aşkarlanmışdı. Belə ki, 5 nəfərin yaşadığı Yasamal rayon, Şamil Əzizbəyov küçəsi, ev 47 ünvanına gələn digər kamerunlu qapını döysə də, açan olmayıb və o, qonşulardan onların evdə olub-olmadığını xəbər aldıqdan sonra polisə məlumat verib. Hadisə yerinə polislər və FHN əməkdaşları gəlib. Qapı qırıldıqdan sonra 5 nəfərin cansız bədəni tapılıb.

Ölənlər Senan Nike, Nikbenti Nombiye Leves, Taken Pau Ata və Njonyoh Nans Ekum və Texniki Universitetin tələbəsi Nzemele Ezzambe olub.

Tarix
2017.03.20 / 21:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla